İcbari sığorta müqaviləsinin bağlanmamasına görə "Xaliq Faiqoğlu" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsnin 469.3-cü (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması) maddəsi ilə protokol tərtib olunub.
İş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib və hakim Elçin Ağayevin icraatına verilib.
Protokol təsdiq olunsa, "Xaliq Faiqoğlu" şirkəti üç yüz manat məbləğində cərimə ediləcək.
Şəbnəm Mehdizadə
