Məzmuna keç

Piyadanın ölümündə təqsirləndirilən sürücü hakim qarşısına çıxarılır

Tovuzda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Orxan Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilib.

Hakim Qafil Baxşıyevin sərliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası oktyabrın 10-a təyin olunub.

Qeyd edək ki, 1992-ci il təvəllüdlü Tovuz rayon sakini Orxan Məmmədov iyunun 1-də "Hundai Santafe" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada 57 yaşlı rayon sakini Lalə Sadıqovanı vurub. Qadın aldığı xəsarətlərdən ötən gün xəstəxanada ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə