Məzmuna keç

Avstriyada yük maşınında qanunsuz miqrantlar aşkarlanıb

Avstriyanın Slovakiya ilə sərhədində Burgenland əyalətinin Klingenbax şəhəri yaxınlığında yük maşınının qoşqusunda 37 qeyri-qanuni miqrant yaxalanıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Burgenlad polisi ölkəyə qeyri-qanuni yollarla daxil olan miqrantlardan 11-nin azyaşlı olduğunu açıqlayıb.

Saxlanan miqrantlardan 4-də nəfəs çatışmazlığı müşahidə olunduğu üçün onlar dərhal xəstəxanaya yerləşdirilib.

Yük maşınının sürücüsü saxlanılıb.

Avstriya polisinin məlumatına görə, bu il təxminən 210 insan alverçisi tutulub. Həmçinin qeyd olunub ki, ölkəyə qeyri-qanuni yollarla daxil olanların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 63 faiz azalıb.

Şəbnəm Mehdizadə