Məzmuna keç

Trabzonda sel və torpaq sürüşməsi ciddi fəsadlar törədib –

Türkiyənin Trabzon şəhərinin 4 rayonunda leysan yağışlar səbəbindən daşqınlar baş verib.

E-huquq.az DHA-ya istinadən xəbər verir ki, Sürmene, Arsin, Əraklı və Of rayonlarında yağan yağışdan sonra sel və torpaq sürüşməsi baş verib. Su basmış evlərdən 16 nəfər təxliyə edilib. Birmərtəbəli çay evi dağılıb, ildırımın vurduğu tövlə isə yanıb.

Su basmış yerlərdə dəymiş zərərin qiymətləndirilməsi işlərinə başlanılıb.

Baş vermiş fəsadların aradan qaldırılması üçün çox sayda texnika və canlı qüvvə cəlb olunub.

Şəbnəm Mehdizadə