Türkiyənin Bursa şəhərində avtovağzalda mübahisə edən iki sərnişin infarkt keçirib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, avtobus gözləyən iki sərnişin arasında yük arabası üstündə dava düşüb. Kazım İnanç və Bayram Turgut adlı şəxslər bir-birinə yumruq atmağa başlayıblar.
Ürək xəstəliyi olan sərnişinlər davadan sonra infarkt keçirib. Hər iki şəxs xəstəxanaya çatdırılsa da, Bayram Turgutun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Bursa Prokurorluğunda cinayət işi açılıb və Kazım İnanç şübhəli şəxs qismində istintaqa cəlb olunub.
Şəbnəm Mehdizadə
