Ötən gün Avstraliyanın Yeni Cənubi Uels ştatında 85 yanğın baş verib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğınlardan 46-sı söndürülüb, 39-nun söndürülməsi istiqamətində işlər davam etdirilir.
Yanğın təhlükəsi səbəbindən əyalətdə ocaq qalamağa qadağa qoyulub.
Yanğınların baş verməsinə səbəb kimi iqlim dəyişikliyi və temperaturun artması göstərilib.
Qeyd edək ki, Avstraliya Meteorologiya Bürosu ölkənin bəzi ştatlarında oktyabrın ilk həftəsində temperaturun yüksək olacağını açıqlayıb.
Şəbnəm Mehdizadə
