Məzmuna keç

Sərnişin avtobusu evin divarına çırpıldı, 8 nəfər xəsarət aldı

Türkiyənin Adana şəhərində sərnişin avtobusunun qəzaya düşməsi nəticəsində 8 nəfər xəsarət alıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, idarəetmədən çıxan avtobus fərdi yaşayış evinin divarına çırpılıb. Hadisə zamanı nəqliyyat vasitəsində olan 7 sərnişin və sürücü yaralanıb.

Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıb.

Şəbnəm Mehdizadə