Məzmuna keç

Türkiyədə dərəyə aşan maşın iki yerə bölünüb: 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Türkiyənin Kayseri şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Develi rayonunda sürücünün idarəetməni itirməsi nəticəsində dərəyə aşan avtomobil iki hissəyə bölünüb.

Qəza samanı sürücü həyatını itirib, 3 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya aparılıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Şəbnəm Mehdizadə