Fransanın Lion şəhərində yaşayış binasında baş verən yanğında 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, gecə saatlarında binanın pilləkənlərində başlayan yanğın qısa müddətdə bütün binaya yayılıb.
Hadisə yerinə gələn yanğınsöndürənlər 2 nəfərin cəsədini aşkarlayıb. Yaralı halda tapılan 3 nəfər isə xəstəxanaya aparılıb.
Binada yaşayan 25 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.
Yanğının səbəbi hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
