Taylandın paytaxtı Banqkokda ticarət mərkəzi atəşə tutulub.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, 14 yaşlı yeniyetmənin "Siam Paragon" ticarət mərkəzində silahdan atəş açması nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.
"Bangkok Post"un məlumatına görə, yeniyetmə yerli vaxtla saat 16.40-da ticarət mərkəzində tapança ilə 10 atəş açıb.
Polis hücum edən şəxsi yaxalayıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə bir oğlanın silahla ticarət mərkəzinə girdiyini əks etdirən görüntülər də yayılıb.
Şəbnəm Mehdizadə
