Mərakeşdə zəlzələdən zərər çəkən ailələrə aylıq 250 dollar yardım ediləcək.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Mərakeş hökumətindən bildirilib.
Məlumata görə, zəlzələdə evləri qismən və ya tamamilə dağılan ailələrə bir il ərzində ayda 2500 dirhəm (250 dollar) məbləğində təcili yardım paylanılacaq.
Zəlzələnin vurduğu ziyanın aradan qaldırılması üçün yardımların paylanmasına oktyabrın 6-16-da başlanacaq. Həmçinin zəlzələdən zərər çəkmiş bölgələrdə fermerlərə dəstək veriləcək.
Bundan başqa, 1000-dən çox məktəb və 42 sağlamlıq ocağı yenidən qurulacaq.Tarixi abidələrin təməlləri möhkəmləndiriləcək, məscid və türbələr təmir olunacaq.
Bu işlərin həyata keçirilməsi üçün təxminən 2,5 milyard dirhəm (250 milyon dollar) büdcə ayırılıb.
Qeyd edək ki, sentyabrın 8-nə keçən gecə Mərakeşdə 7 bal gücündə baş verən zəlzələ nəticəsində 3 minə yaxın insan həlak olub, 6 mindən çox insan isə yaralanıb.
Şəbnəm Mehdizadə
