Məzmuna keç

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən sürücü hakim qarşısına çıxarılır

Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Məzahir Sadıqovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İşə hakim Xamməd Nuriyevin sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı həəlik məlum deyil.

Qeyd edək ki, hadisə Cəlilabadın Gülməmmədli kəndi ərazisində baş verib. Belə ki, "VAZ-2107" markalı minik avtomobili ilə "QAZ" markalı yük avtomobilinin toqquşması nəticəsində rayonun Bayxanlı kənd sakini, 1994-cü il təvəllüdlü Şərifov Paşa Əyyub oğlu ölüb, daha 2 nəfər isə xəsarət alıb. Qəzanı törətməkdə şübhəli bilinən sürücü M.Sadıqova qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə