"Atlas Medical Center" MMC-yə cərimə yazılıb.
E-huquq.az-ın məlumatına görə, tibb mərkəzi barəsində İnzibati Xətalar Məcəlləsinin 469.2-ci (“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.
İş hakim Xalidə Əlisoyun sədrliyi ilə araşdırılacaq.
Protokol təsdiq olunarsa, "Atlas Medical Center" beş min manat məbləğində cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
