Məzmuna keç

Tovuzda narkokuryerlik etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayır

Tovuzda narkokuryerlik etməkdə təqsirləndirilən Elçin Mikayılov və Orxan Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılaması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Roman Ələkbərlinin icraatına verilib. Məhkəmənin hazılrıq iclası oktyabrın 19-na təyin olunub.

Qeyd edək ki, Yevlax şəhər sakini Elçin Mikayılov və həmyerlisi Orxan Məmmədov İrandan qeyri-qanuni yolla Tovuz rayonu ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin etməkdə təqsirləndirilirlər. O.Məmmədova məxsus avtomobilə baxış keçirilən zaman müxtəlif bağlamalarda 960 qram marixuana, 400 qram həşiş qatranı, 400 qram heroin və 63 qrama yaxın tiryək olan ümumi çəkisi 1 kq 821 qram narkotik maddə aşkar edilərək götürülüb. Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəıli sürülüb.

Şəbnəm Mehdizadə