Türkiyənin İzmir şəhərində qanunsuz yollarla xaricə getməyə hazırlaşan 34 qeyri-qanuni miqrant yaxalanıb.
E-huquq.az xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığı məlumat yayıb.
Məlumata görə, İzmirin Dikili rayonunun Salihleraltı bölgəsində aşkar edilən miqrantlar Komandanlığın əməkdaşları tərəfindən saxlanılıb.
Miqrantlar Miqrasiya İdarəsinə göndərilib.
Şəbnəm Mehdizadə
