Məzmuna keç

İstanbulda PKK-ya qarşı əməliyyat: 5 nəfər saxlanılıb

Türkiyənin İstanbul şəhərində terror PKK terror təşkilatına qarşı keçirilən əməliyyatda 5 nəfər saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbul Respublika Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan istintaq çərçivəsində terror təşkilatının tərkibində fəaliyyət göstərdiyi müəyyən edilən 7 şübhəli şəxsin tutulması istiqamətində işlərə başlanılıb.

Əməliyyat zamanı əvvəlcədən müəyyən edilən ünvanlarda həmin şəxslərdən 5-i yaxalanıb.

Saxlanılan şübhəlilər polis bölməsinə aparılıb.

Digər 2 nəfərin tutulması üçün tədbirlər davam edir.

Şəbnəm Mehdizadə