Türkiyənin Diyarbəkir şəhərində avtomobilin dərəyə aşması nəticəsində 2 nəfər həlak olub.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza zamanı daha 3 nəfər yaralanıb.
Hadisə yerinə təcili tibbi yardım və jandarma əməkdaşları cəlb edilib.
Yaralılar ətrafdakı xəstəxanalara aparılıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
