Məzmuna keç

Keniyada şagirdlər arasında naməlum virus yayılıb

Keniyada şagirdlər arasında naməlum virus yayılıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Susan Nakumişa məlumat verib.

Onun sözlərinə görə, xəstəxanaya yerləşdirilən 95 şagirdə diaqnoz qoymaq mümkün olmayıb. Nazir deyib ki, indiyədək 5 dəfə test edilib, lakin heç bir nəticə əldə olunmayıb. Nümunələr yenidən müayinə olunması üçün paytaxt Nayrobidəki laboratoriyalara göndərilib.

Digər tərəfdən, iflic və titrəmə kimi əlamətlər müşahidə olunan şagirdlərin tədris prosesinə davam etməsini əks etdirən görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Əksər valideynlər övladlarını məktəbdən çıxarsa da, nazirliyin rəsmiləri tədrisin davam etdirilməsini istəyiblər.

Bəzi ekspertlər xəstəliyin şagirdlərin orqanizmində elektrolit balansının pozulmasından qaynaqlana biləcəyini bildiriblər.

Şəbnəm Mehdizadə