Məzmuna keç

Ankarada kömür mədəni çöküb, 15 nəfər yaralanıb

Türkiyənin Ankara şəhərində kömür mədəni çöküb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Ankaranın Hırkatəpə rayonunda yerləşən kömür mədənində baş verən çökmə nəticəsində 15 işçi xəsarət alıb.

Ankara Valiliyindən verilən məlumata görə, hadisənin baş verməsinə səbəb yaranan hava təzyiqi olub.

Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara çatdırılıb. İşçilərdən bəziləri əlavə müayinə üçün Ankaraya göndərilib. Yaralıların ümumi vəziyyətlərinin yaxşı olduğu bildirilir.

Şəbnəm Mehdizadə