Məzmuna keç

Türkiyədə miqrant qaçaqmalçıları həbs olunub

Türkiyənin Balıkesir şəhərində son bir həftə ərzində qeyri-qanuni yollarla xaricə getməyə çalışan 170 qanunsuz miqrant saxlanılıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, həftə ərzində polis və jandarma tərəfindən həyata keçirilən əməliyyatlar zamanı müxtəlif cinayətlərə görə axtarışda olan 179 nəfər tutulub.

İkisi miqrant qaçaqmalçısı olmaqla, 23-ü həbs olunub.

Saxlanılan miqrantlar isə Balıkesir Miqrasiya İdarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə