Məzmuna keç

Yunanıstanda dərman çatışmazlığı yaşanır

Yunanıstanda dərman çatışmazlığı ciddi problemə çevrilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, antibiotik, göz damcısı və insulin kimi məhsulların, xüsusilə də uşaqlar üçün nəzərdə tutulan dərmanların tədarükündə çətinlik yaşandığı bildirilir.

Yerli mətbuat virusa yoluxma hallarının artdığı bir vaxtda apteklərdə ən azı 140 adda dərmanın olmadığını yazır.

Yunanıstanın səhiyyə naziri Mihalis Hrisohoidis dünən qatıldığı radio proqramında dərman çatışmazlığı olduğunu etiraf edib.

Şəbnəm Mehdizadə