Türkiyənin 26 vilayətində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.
Onun sözlərinə görə, əməliyyat zamanı 92 nəfər saxlanılıb.
Nazir əməliyyatlarda iştirak edən polis əməkdaşlarını təbrik edib.
Yerlikaya terrorçulara qarşı mübarizənin əzmlə davam edəcəyini qeyd edib.
Şəbnəm Mehdizadə
