Türkiyə ordusunun hərbçisi İraqın şimalında "Pəncə-Kilid" əməliyyatı zonasında şəhid olub.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, çavuş Rəcəb Parlak 11 sentyabr 2023-cü il tarixində "Pəncə-Kilid" əməliyyatı zonasında terrorçular tərəfindən açılan atəş nəticəsində yaralanıb.
Xəstəxanaya yerləşdirilən hərbçinin həyatını xilas etmək mümkün olmayıb və o, oktyabrın 5-də şəhid olub.
Türkiyənin milli müdafiə naziri Yaşar Güler şəhidin ailəsinə başsağlığı verib.
Şəbnəm Mehdizadə
