Məzmuna keç

“Azerconnect” cərimələnə bilər

“Azerconnect” MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 233.2-ci (Ətraf mühitin mühafizəsi məqsədi ilə elektromaqnit sahələrinin səviyyəsinin, radioaktiv şüalanmanın və başqa zərərli fiziki təsirlərin yol verilə bilən son hədlərinin normativlərinin pozulması) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. İş hakim Rəşad Cavadovun icraatına verilib.

Protokol təsdiq olunarsa, “Azerconnect” on min manatdan on iki min beş yüz manatadək cərimə edilə bilər.

Şəbnəm Mehdizadə