Məzmuna keç

Hindistanın paytaxtında hava çirkliliyinə görə tədbirlər görüləcək

Hindistanın paytaxtı Yeni Delhidə havanın çirklənmə səviyyəsi "aşağı" kateqoriyaya çatıb.

E-huquq.az “Hindustan Times”a istinadən xəbər verir ki, hökumətin artıq mərhələli mübarizə planına keçəcəyi gözlənilir.

Belə ki, mərhələli mübarizə planına əsasən, “aşağı” kateqoriya zamanı 500 kvadratmetrdən çox ərazini əhatə edən tikinti və söküntü sahələrinin bağlanması, ictimai nəqliyyatdan istifadənin təşviq edilməsi, nəqliyyatın sıx olduğu ərazilərə yol polisinin yerləşdirilməsi kimi tədbirlər görülür.

Qeyd edək ki, mərhələli mübarizə planına görə, hava çirkliliyi dörd kateqoriyaya bölünür: “aşağı”, “çox aşağı”, “ağır” və “son dərəcə ağır”.

Şəbnəm Mehdizadə