Məzmuna keç

Türkiyədə İŞİD-ə qarş əməliyyatda saxlanılan 3 əcnəbi deportasiya ediləcək

Türkiyənin Osmaniye şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyat zamanı saxlanılan 3 əcnəbi deportasiya ediləcək.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Osmaniyə Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan həmin şəxslərlə bağlı araşdırmalar başa çatıb.

Tibbi müayinədən keçirilən şübhəli şəxslər ictimai asayiş və təhlükəsizliyə təhlükə törətdikləri səbəbiylə həyata keçirilən əməliyyatlardan sonra deportasiya edilməsi üçün Osmaniye Miqrasiya İdarəsinin Geri Göndərmə Mərkəzinə təhvil verilib.

Şəbnəm Mehdizadə