Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Maqsud Mirzəzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.
Hakim Nigar Qədirlinin sərliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası oktyabrın 19- na təyin olunub.
Qeyd edək ki, hadisə paytaxtın Nizami rayonu Babək prospektində qeydə alınıb. Belə ki, Maqsud Mirzəzadə idarə etdiyi "Kia Sorento" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən 1973-cü il təvəllüdlü Rauf Qasımovu vurub. Yaralı 10 gündən sonra müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
