“HƏMAS”ın İsrailin Təl-Əviv şəhərinə etdiyi raket hücumu nəticəsində bir bina uçub.
E-huquq.az xəbər verir ki, bu barədə “Haaretz” nəşri İsrail Yanğınsöndürmə Xidmətinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, iki yaralı binanın dağıntıları altından çıxarılıb.
Məlumata görə, hazırda binada axtarış-xilasetmə əməliyyatı aparılır.
Qeyd edək ki, “HƏMAS”ın İsrailə qarşı genişmiqyaslı hücumları nəticəsində 250-dən çox yerli sakin ölüb, 1 452 nəfər xəsarət alıb.
