Əfqanıstanın Herat əyalətində baş verən zəlzələdə ölənlərin sayı 2 445 nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə Əfqanıstan Təbii Fəlakətlərin İdarə Olunması Nazirliyi məlumat yayıb.
Nazirliyin rəsmisi Janan Saiq yaralıların sayının da artıdığını bildirib.
Zəlzələdən zərər çəkmiş kəndlərdə axtarış-xilasetmə işləri davam edir. 1 200 nəfərin hələ də dağıntılar altında qaldığı ehtimal olunur.
Qeyd edək ki, Əfqanıstanda baş verən 6,3 bal gücündə zəlzələ 13 kənddə böyük dağıntılara səbəb olub, 1 320 ev tamamilə dağılıb.
Şəbnəm Mehdizadə
