Məzmuna keç

Türkiyədə yol qəzasında 11 nəfər yaralanıb

Türkiyənin Şanlıurfa şəhərinin Siverek rayonunda yol qəzasında 11 nəfər xəsarət alıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Siverek-Kahta yolunun 40-cı kilometrliyində minik avtomobili ilə mikroavtobusun toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü və 9 sərnişin yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım maşınları, jandarma və xilasetmə qrupları cəlb olunub.

Yaralılar təcili yardım maşınları ilə Siverek və Kahta dövlət xəstəxanalarına aparılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Şəbnəm Mehdizadə