Məzmuna keç

Fransanın Korsika adasında partlayışlar olub

Fransanın Korsika adasında çoxlu partlayışlar olub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, adanın Viko, Tavako, Alata və Bastelikaccia şəhərlərində partlayışlar baş verib.

İlk partlayış dünən yerli vaxtla saat 22.30 radələrində baş verib. Adanın müxtəlif şəhərlərində yanğınsöndürənlər partlayışların baş verdiyi nöqtələrə göndərilib.

Alata şəhərindəki bir villa partlayış nəticəsində zərər görüb, bölgəyə bomba zərərsizləşdirən qruplar cəlb olunub.

Haute-Korse əyalətində ən azı 6 partlayış baş verib. Bu əyalətin Brando şəhərində 14 evin olduğu ərazidə 4 partlayış baş verib və sakinlər təxliyə edilib. Bomba zərərsizləşdirən qruplar hadisə yerində bir qaz şüşəsi tapıb.

Partlayışlar zamanı xəsarət alanların olub-olmadığı açıqlanmayıb.

Şəbnəm Mehdizadə