Yunanıstan İsraildəki 81 vətəndaşını təxliyə edib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iki fərqli turla İsrailə gedən 81 Yunanıstan vətəndaşı Yunanıstana qayıdıb.
İsraildəki daha 68 nəfərin təxliyəsi üçün işlərin davam etdiyi qeyd olunub.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Ölkədə fövqəladə vəziyyət elan edilib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.
Şəbnəm Mehdizadə
