“Mahal” Mənzil-Tikinti Kooperativinə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, MTK barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Binəqədi Rayon Məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, şirkət beş min manatdan yeddi min manatadək məbləğdə məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
