Bakıda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Ayaz Əliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İşə hakim Novruz Kərimovun sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə paytaxtın Surxanı Rayonunun, Hövsan qəsəbəsində baş verib. Əliyev Ayaz Vəli oğlu “Nissan” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman 3 nəfər piyada qəfil yola çıxıb. Nəticədə 39 yaşlı ana Samirə Cavadova, 3 yaşlı uşaq Məryəm Hüseynova və nənəsi 59 yaşlı Səkinə Rəsulova hadisə yerində dünyasını dəyişiblər. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
