Məzmuna keç

Pakistanda silahlı insident, ölənlər və yaralılar var

Pakistanın Bəlucistan bölgəsində silahlı insident zamanı 2 əsgər həlak olub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Pakistan ordusu məlumat yayıb.

Zhob adlı ərazisində təhlükəsizlik qüvvələrinin bir qrup silahlılara qarşı keçirdiyi əməliyyat zamanı biri mayor olmaqla iki əsgər həyatını itirib. 5 silahlı isə zərərsizləşdirilib.

Pakistan ordusu silahlıların hansı təşkilatın üzvü olduğu barədə məlumat verməyib.

Şəbnəm Mehdizadə