Məzmuna keç

Nigeriyada vəkili güllələyərək öldürən polis barədə ölüm hökmü çıxarılıb

Nigeriyada ötən il vəkil Bolanle Rahimi güllələyərək öldürməkdə təqsirləndirilən polis əməkdaşı Drambi Vandiyə hökm oxunub.

E-huquq.az xarici mətbuaya istinadən xəbər verir ki, Laqos ştatının Ali Məhkəməsi hakim İbironke Harrisonun sədrliyi ilə keçirilən prosesdə Drambi Vandi barədə ölüm hökmü çıxarıb.

Qeyd edək ki, Drambi Vandi 25 dekabr 2022-ci ildə vəkil Bolanle Rahimi güllələməkdə şübhəli bilinərək həbs olunub. Hadisə zamanı vəkilin əkiz uşaqlara hamilə olduğu bildirilib. Polis ona atəş açdığını inkar etsə də, həmkarlarından biri məhkəmədə ifadəsində güllə səsini eşitdiyini bildirib.

Qeyd edək ki, polis əməkdaşının qərardan şikayət etmək hüququ var. Ölüm cəzasının geniş yayıldığı Nigeriyada illərdir heç bir polis məmuru bu cəzaya məhkum edilməyib.

Şəbnəm Mehdizadə