"Sokrat Medikal" MMC-yə sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulmasına görə cərimə protokolu yazılıb.
E-huquq.az-ın məlumatına görə, tibb mərkəzi barədə müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsnin 215.1-ci (Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.
İşə hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunsa, "Sokrat Medikal" altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
