Məzmuna keç

Mingəçevirdə 3 nəfərin öldüyü yol qəzası ilə bağlı ibtidai istintaq başa çatıb

Mingəçevirdə ölümlə nəticlənən yol qəzası törətməkdə təqsirləndirilən Əhməd Əhmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Nahid Mirzəyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası oktyabrın 17-nə təyin olunub.

Qeyd edək ki, hadisə Mingəçevir şəhəri Samux küçəsində qeydə alınıb. Belə ki, Əhməd Əhmədovun idarə etdiyi "QAZ-31" ilə Ülvi Hətəmovun sürdüyü "Mercedes- Benz C" markalı avtomobillər toqquşub. Nəticədə "QAZ-31" olan sərnişinlər Azər Manafov, Yolçu Cavadov və Turan Rəsulzadə dünyasını dəyişib. Sürücü Ə.Əhmədova qarşı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə