“Dokta” MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Göyçay Rayon Məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunsa, "Dokta” altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
