Məzmuna keç

İsrail Qəzza zolağında genişmiqyaslı hücuma keçdiyini açıqladı

İsrail ordusu Qəzza zolağına genişmiqyaslı hücuma keçir.

E-huquq.az-ın məlumatına görə, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant deyib.

"Mən bütün məhdudiyyətləri ləğv etdim, biz [İsrail] ərazisinə nəzarəti bərpa etdik və genişmiqyaslı hücuma keçirik", – deyə nazir bildirib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adam ölüb, 2 315 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.