Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında" Sərəncam imzalayıb.
E-huquq.az-ın əldə etdiyi məlumata görə, yeni təyin olunan hakimlər arasında Vəkillər Kollegiyasının üzvləri də var.
Həmin vəkillərin siyahısını təqdim edirik:
Əfəndizadə Tural Qurbanəli oğlu – Şəki Ağır Cinayətlər Məhkəməsi
Əliyeva Leyla Kamil qızı – Gəncə İnzibati Məhkəməsi
İsmayılov Samir Bəyistan oğlu – Sumqayıt Şəhər Məhkəməsi
Quliyeva Güləndam Gündüz qızı – Mingəçevir Şəhər Məhkəməsi
Mirzəfərova Könül Murtuz qızı – Şabran Rayon Məhkəməsi
Musayeva Vüsalə Vahid qızı – Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi
Rzayeva Fəridə İslam qızı – Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi
