"Muğanbank" ASC-yə cərimə protokolu yazılıb.
E-huquq.az-ın məlumatına görə, bank barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokola Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə baxılacaq.
Məhkəmənin baxış iclası oktyabrın 24-də keçiriləcək.
Protokol təsdiq olunarsa, "Muğanbank" üç yüz manat məbləğində cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
