Məzmuna keç

Bacısı oğlunu bıçaqlamaqda təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Xaçmazda bacısı oğlunu bıçaqlamaqda təsirləndirilən Murad Baxışovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Hafiz Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası noyabrın 11-nə təyin olunub.

Qeyd edək ki, 1970-ci il təvəllüdlü Baxışov Murad Baxışəli oğlu Çarxı kəndində keçirilən toy mərasimi zamanı bacısı oğlu, 1993-cü il təvəllüdlü Bayramov Elyar Cəfər oğlunu bıçaqlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə