Məzmuna keç

İzmir sahillərində qanunsuz miqrantlar saxlanılıb

Türkiyənin İzmir sahillərində 99 qanunsuz miqrant xilas edilib, 75-i isə saxlanılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığı məlumat yayıb.

Məlumata görə, Seferihisar, Foça və Dikili rayonları sahillərində rezin qayıqlarda bir qrup qanunsuz miqrantlar müəyyən edildikdən sonra bölgəyə Sahil Mühafizə gəmisi göndərilib. Yunanıstan tərəfindən Türkiyəyə geri qaytarılan 72 qanunsuz miqrant Sahil Mühafizəsinin əməkdaşları tərəfindən xilas edilib.

Bundan başqa, 27 qanunsuz miqrantın olduğu digər bir qayığın isə mühərriki xarab olub və onlar Urla sahillərində köməksiz vəziyyətdə qalıb. Sahil Mühafizəsinin əməkdaşları qanunsuz miqrantların həyatını xilas ediblər.

İzmir sahillərində rezin qayıqla xaricə getməyə çalışan 23, Foça və Dikili sahillərində isə 52 qeyri-qanuni miqrant Sahil Mühafizəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə