Məzmuna keç

İspaniya İsraildən 429 nəfəri təxliyə edib

İspaniya İsraili tərk etmək üçün müraciət edən 429 nəfəri təxliyə edib.

E-huquq.az xəbər verir ki, bu barədə İspaniya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ötən gün Təl-Əvivə göndərilən 2 təyyarə ilə təxliyə edilən 429 nəfər Madriddəki "Torrejon de Ardoz" hərbi hava bazasına gətirilib.

Təxliyə edilənlərdən 334-ü İspaniya, 41-i Latın Amerikası, 22-si Avropa ölkələri, 32-si isə digər ölkələrin vətəndaşlarıdır. Onları İspaniyanın xarici işlər naziri Xose Manuel Albares qarşılayıb.

İspaniyanın "El Mundo" qəzetinin məlumatına görə, oktyabrın 10-da başlayan təxliyə əməliyyatı başa çatıb.

Qeyd edək ki, İspaniyanın İsraildəki səfirliyi oktyabrın 10-da "X" platformasında paylaşım edərək İsraili tərk edə bilməyən vətəndaşlarından onlarla əlaqə saxlamasını xahiş etmişdi.

Şəbnəm Mehdizadə