Bakıda mübahisə zamanı adam bıçaqlamaqda təqsirləndirilən Fuad Bağırovun cinayət işi üzrə ibtidai istintaq başa açtıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Rasim Sadıxovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, F.Bağırov Bakının Nizami rayonunda qonşusu ilə dava edərkən onları ayırmaq üçün araya girən 30 yaşlı Elvin Bədəllini bıçaqlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
