“Veysəloğlu” MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.
İşə hakim Nigar Qədirlinin sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, “Veysəloğlu” min beş yüz manat məbləğində cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
