Bakı Ağır Cinayətlər Məhkəməsində yaradılmış vəkil otağında şəraitin yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülüb.
E-huquq.az-ın məlumatına görə, otaqdan istifadəyə zərurətin artaması və bununla bağlı daxil olan müraciətlər nəzərə alınaraq məhkəmənin rəhbərliyi tərəfindən vəkillərin peşə fəaliyyətini daha rahat şəraitdə həyata keçirmələri üçün otaqda əlavə masalar quraşdırılıb.
Otaq, həmçinin zəruri hüquq ədəbiyyatı ilə təmin edilib.
Xatırladaq ki, vəkil otağı cari ilin əvvəlində məhkəmənin sədri İsmayıl Xəlilovun göstərişi ilə hazırlanmışdı. Burada vəkillərin işlə tanış olması üçün lazımi şərait yaradılıb.


Şəbnəm Mehdizadə
