Məzmuna keç

Ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücü hakim qarşısına çıxarılır

İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Cəsarət Cəfərovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilib.

İş hakim Telman Quliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası oktyabrın 30-na təyin olunub.

Qeyd edək ki, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Hüseynov Ziya Eldar oğlu idarə etdiyi avtomobil ilə hərəkətdə olarkən həmyerlisi 1959-cu il təvəllüdlü Cəfərov Cəsarət Malik oğlunun idarə etdiyi avtomobillə toqquşub. Qəza nəticəsində C.Cəfərova məxsus avtomobildə olan sərnişin 1974-cü il təvəllüdlü Cəfərova Bənövşə Nəriman qızı aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən xəstəxanada ölüb. C.Cəfərova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə