Şəmkirdə evlərdən silsilə oğurluq etməkdə təqsirləndirilən Zöhrab Kərimov və İlham Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilib.
Hakim Taleh Musayevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Zöhrab Kərimov və İlham Hüseynov rayonun Təzəkənd kəndindəki fərdi yaşayış evlərindən dəfələrlə oğurluqlar etməklə zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vurmaqda təqsirləndirilirlər. Araşdırmalarla şübhəli şəxslərin vətəndaşlara məxsus evlərdən məişət və elektrik əşyaları oğurlayaraq satmaları məlum olub.Onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
